Son güncelleme 16 Eylül 2024 - 13:55
02 Şub 2016 Köşe Yazarları, KÜLTÜR SANAT, Pervane MEMMEDLİ, Sürmanşet 0
Fikrət Qocaya ədəbi aləmə gəlişinə ilk seyir-dua verən Azərbaycan modern şeirinin öncülü Rəsul Rza olmuş bu və sözləri söyləmişdi:
“…Fikrət Qocanın şeirlərində məni sevindirən bu şeirlərin əksəriyyətində olan qüvvətli yenilik hissidir… Onun ən yaxşı şerlərində mədəni bir şairin, ürəyi sözlə dolu… bir insanın, nəyə isə məhəbbət, nəyə isə nifrət aşılamaq istəyən bir şairin səsini eşidirik.”
Poeziyamızda sərbəst şerin yaradıcısı kimi tanınan Rəsul Rzanın yolunu tutdu sonralar Fikrət Qoca.
Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirdi. İlk şeiri 1956 –ci ildən mətbuatda çap olundu.Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında çalışdı. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. Yazdığı əsərlərin mövzusunu toplumun problemləri,sosial və lirik həyat səhnələri təşkil edir.Fəlsəfi düşüncə sahibi olan şairin lirik səpgili şeirləri də çoxdur.
“Qağayı” , “Hamıya borcluyam” , “Dənizdə ay çiməndə” , “Yatmadağım gecələrdə” ,“Günlərin bir günü” , “Gül ömrü” , “İnsan xasiyyəti” və s. şeir və poema toplularının müəllifidir.
Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmişdir.. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunurdu. Nəsr sahəsində də qələmini sınayıb. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, – qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.
M.Lermontov, T.Şevçenko, E.Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan çevirmələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Sovet dönəmində insanlar onu düşündürən narahat edən, sualların cavabını çox zaman dövrün Rəsul Rza, Bəxtiyar Vahabzadə, Fikrət Qoca kimi xalqa yaxın şairlərin şeirlərində tapırdı. Bu şairlər yazdıqlarını oxucusunun qulağına pıçıldayırdı, bəzən etiraf edir, bəzən də fəryad edirdi.
Ümumiyyətlə, bu azərbaycan şairlərinin əsərləri Sovet dövründə Stalinin şahsiyyətə pərəstiş və volyuntarizm dövründə dilə gətirilmiş deyilməyən dərin aşınmalardan, sarsıntılardan xəbər verirdi.
İctimai-siyasi, ictimai, ruhi sarsıntılarla dolu olan Sovet dövrünün 50-inçi illərinin II yarısında ədəbiyyat yeni bir nəfəs və mübarizə əzmi ilə həyata atıldı. Bütün Şərq ölkələrində olduğu kimi nəsr və dramaturgiya poeziya qədər yayğın olmadığından millətin mənəvi səfərbərlik missiyasını əvvəlcə poeziya boynuna götürdü. Burada isə cəsarətinə və milli pafosuna görə Fikrət Qoca şeiri ön mövqeyə çıxdı. İllərlə bir-birinin ardınca yazdığı şeirlər öz ictimai kəsərini, aktuallığını qətiyyən azaltmadan get-gedə daha dərin fəlsəfi məna qazanırdı.
SSRİ-çökdükdən sonra yaradıcılıqları Sovet sistemi ilə birlikdə yox olan yazarlar da az olmadı. Lakin sınmayanlar, şərəflə, alın açıqlığı ilə yaşaya-yaşaya öz yaradıcılığı üzərində çalışanların sırasında oldu Fikrət Qoca.
Sovet dönəmində şairlər var idi ki, əsərlərin bir qisimini üzə çıxara bilmir,öz arxivlərində saxlamağa məcbur olurdular. Azərbaycan müstəqillik qazandıqdan sonra bir çox yazarlar sandıqda gizlətdikləri və arxivlərin bir küncündə qalan şeirlərini işıq üzünə çıxardılar.Fikrət Qoca təxminən altmış il “həbsdə” qalmış ”Bəsdir” adlı şeirlərindən birində yazırdı:
Mənə öyrətmə
Nə pisdir, nə yaxşıdır,
Dəniz mavidi,
yarpaqlar yaşıldı,
Həqiqət ağdı,
yalan qara.
Get ora,
getmə ora…
Saxla!
özüm yaşayıb görərəm.
Bu istidə
bir yandan da sənin
cırcırama səsin.
Nə mən bu dünyada
qonağam,
Nə sən ev yiyəsi.
Fikrət Qocanın şeirləri tək deyim biçimi ilə eyil,düşüncə biçimi ilə də fərqlənir.Onun poetikasına sadəlik və satirik ruh hakimdir.
Bir məsəl var bizdə; kişilər ağlamaz.Fikrət Qoca bu deyimə öz poetik fikrini gətirib, onu poetik həllini verib oxucunu gözlənilmədən şaşırdır:
Lazım gəlsə, ölərik biz,
Yaşarmaz gözlərimiz.
Kişilərin xəlvət axan
Göz yaşlarından yaranıb dəniz
Kişilərlə müqayisədə qadınların sirlərlə dolu ruhunu və daxili aləmini tam olaraq anlamaq mümkün deyil. Lakin şair Fikrət Qoca yenə də cəhd edib zərif cinsin gerçəkliklərlə zənginləşdirdiyi müdikliyini göstərir. Özünəməxsus notlarla fikrini belə tamamlayır:
Biri sevincdi,
biri kindi,
biri kədərdi.
Qadınlar özləri qədərdi.
Hər biri özünə bənzəyir,
hər qadın öz barmaq
izinə bənzəyir.
Fikrət Qoca ağrılı problemlərdən yazan şairlərdəndir. Bəzən insan elə vəziyyətə düşür ki,öz səsi içində boğulur və qulaqlarında batır.Bu qəlbimizi göynədən Xocalı adlı qanı qurumayan bir yaranın fışıltısıdir,dünyada eşidilməyən çeçenlərin səsidir;
Səsim içimdə mərmi olur,
İçimdə partlayır, boğulur,
Çeçenstanın səsi kimi,
Eşidilmir dünyada,
Eşitsələr də nə fayda,
Gələn olmaz fəryada.
Çox zaman hər şeyə vaxt ayırıb düzənləsək də,tək bir şeyi bacarmırıq.Özümüzlə tək qalıb,dərdləşmək,hesablaşmaq ələ düşməz olur.Lap Fikrət Qocanın bir şeirində olduğu kimi
Adam bolluğunda elə boğuluram hərdən,
Qaçmaq istəyirəm
evdən, şəhərdən
Qohumdan, dostdan, tanışdan.
Özümün özümlə o qədər
söhbətim var,
Əgər vaxt tapıb danışsam.
Şeir bir ritm, yəni nəzm sənəti olduğu üçün öncə bir bəstə , nəğmədir,deyirlər. Bu nəğməni ifadə etmək üçün də vəzn və dil ancaq və ancaq bir alətdir .Bunu F.Qocanın poetik parçalarında görməmək mümkün deyil.Onun ruhu oxşayan,qəlbə yatan çoxunun ürəyindən xəbər verən şeirləri bəstəçilər tərəfindən musiqiyə köçürülüb xalqın bəyəndiyi nəğmələrə dönüb. “Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və b. bu sıradadır. Eldən elə – dildən dilə gəzən bu mahnılar bir topluda kitab halında nəşr olunub.
Onun şeirlərində milliliklə bəşəri hisslər bir-birini tamamlayıb harmoniya təşkil edir.F. Qoca Azərbaycan şeirinə siyasi itiliyi ilə fərqli yeni məzmun gətirmişdir. Bu zaman tarixin ibrət dərslərini səhifələməyi və bu fəryad edən ziddiyyətlərlə dolu dünyadakı gerçəklikləri göstərməyi bacarır:
Başını qatmaq,
aldatmaq,
Səndən də bir şey qoparıb
satmaq istəyəcəklər.
Bu zorba ölkələrin
din – iman siyasətidir.
Onlar istəyəndə
Siyasət sərhəddir,
səddir.
İstəyəndə – nüvə silahıdır – Siyasət.
Günahsızların günahıdır – siyasət.
Siyasət – hər mərtəbədə oyundu.
Siyasət – ximeliondu.
Siyasət – rezin əmzikdi
kiçik xalqların ağzında.
Gözəl səslənir deyəndə, yazanda.
Əmziyi var, ağzı doludu, südü yoxdu.
Qarnı acdı,
siyasət sarıdan gözü toxdu.
Havada uçanlar, suda üzənlər,
yerdə gəzənlər,
hamısı bir – biri üçün ovdu,
hamısı müqəssirdir.
Fikrimi sevilmi şairimiz Fikrət Sadığın onun haqda yazdığı sözlərlə bitirmək istəyirəm.”Fikrət Qocanın şeirləri lap ilk şerlərindən tutmuş indiyə qədər sadəlikdən, zəngin bədii təsvir elementlərindən və müdriklikdən yoğrulmuşdur. Yeniliyə meyl onun canındadır. Şer — azad olmalıdır. Budur, məhəbbət.
Azadlıq ən böyük nemətdir. Ömrümüz boyu can atdığımız azadlıq zərrə-zərrə səpilib Fikrətin şerlərinə.”
Türkiye’nin acil esnaf reformuna ihtiyacı var Milliyetçi Sol Parti (MİLLİ SOL) Genel Başkanı gazeteci Hüseyin Alpay, Türkiye Esnaf ve Sanatkârları […]
“Eskişehir gazeteleri 07.12.2015 tarihinde şu başlıkla çıkmıştı: Eskişehir Valisi Sayın Güngör Azim TUNA İhtiyaç Sahiplerine Yardım Eden Tülomsaş emeklisi […]
Gergerlioğlu, Kocaeli’nin tüm sorunlarını titizlikle inceliyor DEM PARTİ Kocaeli Milletvekili Ömer Faruk Gergerlioğlu, TBMM’de düzenlediği basın toplantısında Kocaeli’nin sorunlarını […]
Prof. Dr. Ata Atun Dizi ve film Platformu Netflix, senaryonun içeriğini araştırmadan belli ki Yunan ve Rum propagandasına alet […]
Polonya Cumhurbaşkanı Andrzej Duda, şehitlerini anma yıl dönümü töreninde, yine, 2. Dünya Savaşı’ndaki (1 Eylül 1939) Nazi Almanya’sının ülkesini işgali […]
Türkiye OECD ülkeleri arasında haftada en az bir kez parası olmadığı için yemek yiyemeyen öğrenci oranının en yüksek olduğu ülke […]
İnegöl’de çok daha riskli bölgeler öylece dururken, Devlet Hastanesi karşısındaki merkezi bölgedeki konutların bulunduğu alanın apar topar kentsel dönüşüm uygulama […]
İYİ Parti Bursa Milletvekili Selçuk Türkoğlu, inşaat çalışmaları tamamen duran Ali Osman Sönmez Çekirge Devlet Hastanesi sorununu Meclis gündemine taşıdı. […]
Ağustos’taki Vatan Hilmi Özden Ağustos ayı; şanlı tarihimize zaferler ayı olarak geçmiştir. Müslüman Türk Milleti 26 Ağustos 1071 yılında Malazgirt […]
Niyet başka akıbet başka! Prof. Dr. Ata Atun Yunanları ve Rumları, aile yapıları, kültürleri, inanışları, eğitimleri, mizahları, kafa yapıları, […]
29 Nis 2024 0
Uluslarararası Strateji Uzmanı Başkanı Şener Mengene,...17 Nis 2024 0
Eylül Aşkın Türkiye Haber Portalı’nda hazırlayıp...07 Kas 2021 0
AK Parti Denizli Milletvekili, TBMM Plan ve...10 Ara 2020 0
Cumhurbaşkanı Tatar: “Türkiye’nin güçlü...05 Ara 2020 0
—-Birinci Bölümün DEVAMI—-...01 Eyl 2024 0
Türkiye OECD ülkeleri arasında haftada en az bir kez parası olmadığı için yemek yiyemeyen öğrenci oranının en yüksek olduğu ülke […]